AZ

"Tofiq Bəhramov"un ot örtüyü yaxşı durumda deyil - "Kopenhagen"in qapıçısı

"Kopenhagen"in qapıçısı Dominik Kotarski UEFA Çempionlar Liqası Liqa mərhələsinin 2-ci turu çərçivəsində "Qarabağ"la sabahkı oyundan danışıb.

QOL.az xəbər verir ki, o Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyündən şikayətlənib: 

"Stadionda məşq etdik. Ot örtüyü heç də yaxşı durumda deyil. Amma rəqibimiz də bu stadionda oynayacaq, şərtlər bərabərdir. Sabah bizi çətin oyun gözləyir. Qarabağ olduqca güclü təqibdir. Qalib gəlməyə çalışacağıq".

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" matçı sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.
Seçilən
23
4
sherg.az

6Mənbələr