AZ

Bakıda zolaqlarla bağlı müəmma: Çıxış yolu budur RƏSMİ CAVAB

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakıda velosiped və avtobus zolaqlarının müəyyən bir nöqtədən sonra yarımçıq qalması cəmiyyətdə narazılıq doğurur. Bildirilir ki, paytaxtın ensiz yolları və tıxaclar sürücüləri tez-tez velozolaqlara çıxmağa məcbur edir. Bu isə velosipeddən istifadə edənlər üçün təhlükəli vəziyyət yaradır. Bundan başqa, həmin zolaqların bir yerdən sonra kəsilməsi də sürücülərin növbəti addımını sual altında qoyur.

Belə hallarda velosipedçi nə etməlidir? Həmin kəsintili zolaqların davam etdirilməsi nəzərdə tutulubmu?

Globalinfo.az məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.

Qurumun Media ilə əlaqələr şöbəsinin müdiri Tural Orucov deyib ki, Bakıda mikromobillik zolaqları qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla layihələndirilir:

Tural Orucov

“Mikromobillik zolaqlarının təşkili AYNA-nın hazırladığı konseptual plan əsasında həyata keçirilir. Bunun əsas məqsədlərindən biri velosiped yollarının davamlılığının təmin edilməsidir. Lakin mikromobillik zolağı bitirsə, yaxud istifadəçinin hərəkət etdiyi istiqamətdə velosiped yolu yoxdursa, bu zaman istifadəçi həmin yoldakı nişanların, həmçinin işıqforun tələblərinə riayət etməklə yolun sağ hissəsi ilə hərəkətini davam etdirə bilər. Qanunvericilik buna imkan verir”.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, son bir ildə paytaxtda mikromobillik zolaqları şəbəkə şəklində formalaşdırılır:

Rauf Mirzəyev

“İlk olaraq Mətbuat prospektində çəkilən zolaqlar sonradan Bəxtiyar Vahabzadə və Məmməd Rahim küçələrində davam etdirilib, ardınca Hüseyn Cavid prospekti boyunca “Speys” telekanalına qədər uzadılıb. Buradan zolaq səki hissəsinə yönəldilərək Mikayıl Müşfiq və Parlament prospektində mövcud infrastrukturla birləşdirilib. Müasir şəhərsalma təcrübəsində yeraltı və yerüstü keçidlərdən imtina edilir. Onların əvəzinə eyni səviyyəli, zolaqlı və işıqforla tənzimlənən, kontrast işıqlandırma ilə təmin olunan piyada keçidlərinin sayı artırılır. İki və daha çox zolaqlı yollarda isə təhlükəsizlik adacıqları nəzərdə tutulur. Bu baxımdan məsələyə bir az fərqli yanaşmaq lazımdır. Çünki Bakıda mikromobillik yollarının çəkilişi hələ də davam etdirilir”.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
globalinfo.az

1Mənbələr