AZ

Trampdan Rusiya ilə bağlı sərt qərar: Atom sualtı qayıqları göndərildi

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Miskvanın öz ünvanına səsləndirilən bəyanatlara cavab olaraq iki atom sualtı qayığını Rusiya sahillərinə göndərmək barədə göstəriş verib.

Globalinfo.az xəbər verir ki, Tramp bu barədə Pentaqon rəhbəri Pit Heqsetin təşkil etdiyi və ABŞ Silahlı Qüvvələrinin ali komandanlığının iştirakı ilə Virciniya ştatının Kuan­tiko bazasında keçirilən müşavirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ABŞ sualtı qayıqların istehsalı texnologiyasında Rusiya və Çindən 25 il irəlidədir:

“Bizə Rusiyadan kiçik bir təhdid gəldi və mən atom sualtı qayığını, ən ölümcül silahı göndərdim. Bu qayıqları Rusiya sahillərinə ehtiyat tədbiri olaraq göndərdim. İnsanların “nüvə” sözünü məsuliyyətsiz şəkildə işlətməsinə icazə verə bilmərik”.

Tramp həmçinin bildirib ki, bu qərar Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin nüvə mövzusunda səsləndirdiyi provokativ açıqlamalardan sonra qəbul edilib.

ABŞ lideri daha əvvəl də “Truth Social” sosial şəbəkəsində sualtı qayıqların müvafiq bölgələrə yerləşdirilməsi barədə əmr verdiyini açıqlamışdı.

Əliyar Xəlil,

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
globalinfo.az

1Mənbələr