AZ

ABŞ Müdafiə naziri: Artıq orduda ətəkli kişi görməyəcəksiniz

ABŞ-da Pentaqonun çağırışı ilə yüksək vəzifəli hərbçilərin görüşü başlayıb...

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki,Tədbirdə çıxış edən Pentaqon rəhbəri Pit Hegset ABŞ-ın düşmənlərinə sərt xəbərdarlıq edib:

“Əgər ABŞ-ın düşmənləri bizə meydan oxumağa cəhd etsələr, onlar Müdafiə Nazirliyinin gücü, dəqiqliyi və amansızlığı ilə əzilib məhv ediləcəklər. Biz planetin ən güclü, ən ölümcül və ən hazırlıqlı ordusuna sahibik. Heç kim bizə toxuna bilməz”, – deyə o bildirib.
Hegset çıxışında daha sonra orduda gender məsələlərinə toxunub və açıq şəkildə bəyan edib ki, bundan sonra ABŞ Silahlı Qüvvələrində transgendərlərin xidmətinə icazə verilməyəcək:
“Artıq heç bir ətəkli kişi olmayacaq. İqlim dəyişikliyinə sitayiş, gender çaşqınlığı – bunların hamısı bitdi. Biz bu cəfəngiyyata son qoyduq”, – deyə o vurğulayıb.

Poliqon.info

Seçilən
14
1
poliqon.info

2Mənbələr