AZ

ADSEA rəsmisi: "Texniki suyun obyektlərə çatdırılması böyük maliyyə vəsaiti tələb edir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Texniki suyun təmizləndikdən sonra obyektlərə çatdırılması böyük maliyyə vəsaiti tələb edir".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, texniki suların təmizlənməsi istiqamətində hər hansı problem yoxdur:
"Texniki suyun təmizlənmə səviyyəsinə və burada tətbiq olunan standartlara görə mexanizm və texnologiya fərqlidir. Lakin yeni sutəmizləyici qurğu komplekslərində bu texniki suyun əldə olunaraq sənayedə istifadəsi nəzərdə tutulur. Bununla bağlı artıq hesablamalar və təhlillər aparılıb. Məsələ ondadır ki, təmizləyici qurğularda su təmizləndikdən sonra onun obyektlərə çatdırılması özü-özlüyündə böyük maliyyə tələb edir".
İlham Bayramov vurğulayıb ki, hazırda bütün infrastruktur içməli suyun nəqli və çatdırılmasına əsaslanır:
"Xüsusi sənaye zonalarının yaradılması imkanları da məhduddur ki, burada yeni su verilsin və yeni infrastruktur qurulsun. Bununla belə, yeni layihələrdə suyun həm təmizlənməsi, həm də Abşeron yarımadasında kənd təsərrüfatı məqsədilə istifadəsi nəzərdə tutulur. Eyni zamanda, Azərbaycanda duzsuzlaşdırma layihəsi həyata keçirilir. Burada da suyun texniki məqsədlərlə istifadəsi mümkün olacaq. Təbii ki, bu, ilk növbədə içməli su təminatının ödənilməsinə xidmət edəcək. Lakin müəyyən həcmdə, məsələn, Sumqayıt Sənaye Parkında texniki məqsədlərlə istifadəsi də mümkündür", - deyə o əlavə edib.
Aygün Mirakif
Seçilən
23
50
oxu.az

10Mənbələr