AZ

Suyun qiyməti artırılır? - “Tarif Şurasına təqdim olunacaq” - RƏSMİ

Azərbaycanda su tariflərinin artırılması ilə bağlı Tarif Şurasına hər hansı müraciət edilməyib.

Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.

O bildirib ki, əsas məqsəd sudan daha səmərəli istifadəni təşviq etməkdir: Dördpendirli pizza

“İsrafın qarşısını almaq və su sərfiyyatına uyğun diferensial tariflərin tətbiqidir. Hazırlanan təkliflərdə onlarla ölkənin təcrübəsi öyrənilib və beynəlxalq məsləhətçi şirkətlərin rəyləri nəzərə alınıb. Yekun təkliflər hökumətə, Nazirlər Kabinetinə və Tarif Şurasına təqdim olunacaq, həmçinin ictimai müzakirəyə çıxarılacaq”.


Telegram kanalımız
Seçilən
31
10
yenisabah.az

10Mənbələr