Bu gün Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində III MDB Oyunları çərçivəsində taekvondo yarışları başa çatıb.
Rekord.az xəbər verir ki, ikinci yarış günündə 11 idmançımız mükafatçılar sırasında yer alıb.
Təmsilçilərimizdən Vasif Səlimov 68 kq çəki dərəcəsində qızıl medala layiq görülüb. Digər 10 taekvondoçumuz - Səmərrux Osmanova, Zemfira Həsənzadə (hər ikisi 49 kq), Nigar Abdullayeva, Leyla Bəşirova (hər ikisi 57 kq), Fuad Məhərrəmli, Məhəmməd Həsənli (hər ikisi 58 kq), Zemfira Aslanova, Nərmin Ənsəri (hər ikisi 67 kq), Rza Əsədli (80 kq) və Xan Məmmədzadə (+87 kq) çıxışını bürünc medalla başa vurub.
Beləliklə, taekvondoçularımız 3-cü MDB Oyunlarını 22 medalla başa vurublar.