DİN-in Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidməti oktyabrın 2-dək Bakıda və Abşeron yarımadasında, eləcə də əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.
Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur.
Xüsusilə, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər".
10Mənbələr
-
news24.azKüləkli hava ilə bağlı növbəti - Xəbərdarlıq ( 21905032)
-
hurriyyet.azBDYPİ sürücülərə xəbərdarlıq etdi: Bu tarixlərdə… ( 21909637)
-
gender.azBDYPİ sürücülərə xəbərdarlıq etdi: Bu tarixlərdə… ( 21909544)
-
onn.azKüləkli hava ilə bağlı xəbərdarlıq ( 21909235)
-
cebheinfo.azKüləkli hava ilə bağlı növbəti - Xəbərdarlıq ( 21907879)
-
hafta.azBDYPİ-dən küləklə bağlı sürücülərə MÜRACİƏT ( 21907732)
-
hafta.azBDYPİ küləkli hava ilə bağlı müraciət edib ( 21907099)
-
demokrat.azDYP sürücülərə müraciət etdi ( 21907090)
-
azerbaijan-news.azBDYPİ gözlənilən küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib ( 21906913)
-
far.azƏhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ - Ehtiyatlı olun! ( 21906748)