Alimlər Filippin sahillərində 6,9 bal gücündə zəlzələ qeydə alıblar.
Bu barədə məlumat Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin rəsmi saytında dərc olunub.
Zəlzələnin episentrinin Boqo şəhərindən 18 km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşdiyi dəqiqləşdirilir.
Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur.