Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək vermişdir, bu gün də biz bunu hiss edirik.
"Unikal" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında bildirib.
Son vaxtlar Avropa İttifaqı-Azərbaycan əlaqələrində müsbətə doğru addımlar atıldığını, bunun da bizi təbii olaraq məmnun etdiyini söyləyən dövlətimizin başçısı vurğulayıb ki, bir sözlə, bizim strateji tərəfdaşlığımız həm rəsmi sənədlərdə, həm həyatda, həm də praktiki işlərdə özünü büruzə verir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.