AZ

KİV: "Exxon Mobil" kütləvi ixtisarlara gedir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin "Exxon Mobil" neft şirkəti bütün dünya üzrə bölmələrində təqribən 2000 işçini ixtisar etməyi planlaşdırır.
Oxu.Az bildirir ki, bu barədə "Bloomberg" agentliyi şirkətin baş direktoru Darren Vudsun əməkdaşlara ünvanladığı daxili məktuba istinadla xəbər verir.
Məktubda deyilir ki, şirkət rəqabət qabiliyyətini artırmaq və 2019-cu ildə başladılmış restrukturizasiya işlərini icra etmək üçün belə bir qərar qəbul edib.
Planlaşdırılan ixtisarlar "Exxon Mobil" şirkətinin əməkdaşlarının ümumi sayının 3-4 faizini təşkil edir.
Seçilən
61
36
oxu.az

10Mənbələr