AZ

Azərbaycan-Əlcəzair ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivləri müzakirə edib

Bakı. Trend:

Azərbaycan maliyyə naziri Sahil Babayev Əlcəzair Xalq DemokratikRespublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanımZakia İğhilini qəbul edib.

Trend xəbər verir ki, bubarədə Maliyyə Nazirliyindən bildirilib.

Tanışlıq xarakteri daşıyan görüşdə Azərbaycan ilə Əlcəzairarasında siyasi, iqtisadi, enerji və digər sahələrdə ikitərəfliəlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub, əməkdaşlığın daha dadərinləşdirilməsi perspektivləri müzakirə edilib.

S.Babayev enerji sahəsində əməkdaşlığın genişləndirilməsinin,qarşılıqlı investisiya təşəbbüslərinin dəstəklənməsinin, eləcə dəticarət əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.Mövcud investisiya göstəricilərinin hələlik aşağı olmasınabaxmayaraq, qeyri-neft və qaz sektorunda əməkdaşlıq üçün böyükpotensialın olduğu, logistika və turizm imkanlarının, havanəqliyyatı əlaqələrinin, həmçinin bərpa və tikinti layihələrininnəzərdən keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Zakia İğhilifəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha dagenişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinivurğulayıb.

Görüşün sonunda maliyyə naziri səfirə Azərbaycandakı diplomatikfəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Seçilən
18
6
az.trend.az

7Mənbələr