AZ

Cahangir Seyed Abbasi: Komandamız bu yarışlarda ən gənc komandadır

Gəncə, 30 sentyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət voleybol millisi Qırğızıstan seçməsi ilə görüşdə birinci setdə normal oynadı. İkinci və üçüncü setdə stress var idi. Rəqib təcrübəlidir. Üçüncü set uzansa da, bizim uşaqlar oyunu nəzarətdə saxlaya bildilər, qalib gəldik. Bu, çox önəmli məsələdir.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət voleybol millisinin baş məşqçisi Cahangir Seyed Abbasi bildirib.

O, daha güclü komandalarla oynamaq üçün şans qazandıqlarını vurğulayıb. “Komandamız bu yarışlarda ən gənc komandadır. Oyunçularımızın çoxu 2009-cü il təvəllüdlüdür. Təbii ki, bu uşaqlar yeni meydançalar görməli, təcrübə qazanmalıdırlar. Ümid edirəm ki, növbəti yarışlarda daha yaxşı oyun göstərəcəyik. Voleybol Federasiyasına da bizə verdiyi dəstəyə görə təşəkkür edirəm”, - deyə baş məşqçisi əlavə edib.

Qeyd edək ki, III MDB Oyunlarında mübarizəyə start verən Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət voleybol millisi Qırğızıstan seçməsini 3:0 hesabı ilə məğlub edərək qələbə qazanıb.

Seçilən
33
1
azertag.az

2Mənbələr