AZ

Qarabağda meşələrlə yenilik Bundan sonra...

Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Qarabağda yeni ekoloji layihə həyata keirəcək.

BAKU.WS-in məlumatına görə, bu məqsədlə "Cəbrayıl rayonu inzibati ərazisində Qarabağ Meşəçilik və Təlim Mərkəzinin layihələndirilməsi və xarici kommunikasiya üzrə işlərin satın alınması" adlı müsabiqə elan olunub.

Layihənin ümumi dəyəri 559 min manat məbləğində qiymətləndirilir.

Satınalma çərçivəsində müxtəlif tikinti və torpaq işləri planlaşdırılıb. İşlərə ekskavatorlarla və əl üsulu ilə qazıntılar, torpağın daşınması, xəndəklərin doldurulması, həmçinin kommunikasiya xətlərinin çəkilməsi daxildir.

Qarabağ Meşəçilik və Təlim Mərkəzinin yaradılması bölgədə meşələrin bərpası, ekoloji tarazlığın qorunması və ekoloji sahədə kadr hazırlığının gücləndirilməsinə mühüm töhfə verəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
1
baku.ws

2Mənbələr