AZ

Türkiyə ixracının təxminən 30 faizi 5 ölkənin bazarlarına yönəlir

Cari ilin avqust ayında Türkiyə xaricə 21 milyard 729 milyon ABŞ dolları dəyərində mal və xidmət ixrac edib, idxal həcmi isə 25 milyard 940 milyon dollar təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi və Statistika İnstitutu (TÜİK) məlumat yayıb.

Yanvar–avqust aylarında Türkiyənin ixrac həcmi 178 milyard 18 milyon dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çoxdur. İdxal həcmi isə 238 milyard 159 milyon dollar olub.

Almaniya Türkiyənin əsas ticarət tərəfdaşı olaraq qalır. Bu ilin yanvar–avqust aylarında Almaniya bazarına ixrac 14 milyard 651 milyon dollar təşkil edib. İlk beşlikdə, həmçinin Böyük Britaniya, ABŞ, İtaliya və İraq yer alır. Bu ölkələrin payına ümumi ixracın 29,6 faizi düşüb.

Türkiyəyə məhsul ixrac edən ölkələrin siyahısında isə ilk sıranı Çin tutur. Səkkiz ay ərzində bu ölkədən 32 milyard 49 milyon dollarlıq məhsul idxal olunub. Daha sonra Rusiya (28,5 milyard dollardan çox), Almaniya, ABŞ və İtaliya gəlir. Həmin beş ölkənin payına Türkiyənin ümumi idxalının 43,2 faizi düşüb.

Seçilən
4
2
yeniazerbaycan.com

3Mənbələr