
Filippin sahillərində 6,9 bal gücündə zəlzələ qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri Boqo şəhərindən 18 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində Bantayan adasındakı qədim katolik kilsəsi dağılıb. Binanın çökməsi videoya çəkilib.
Şahidlər tərəfindən lentə alınan videogörüntülərdə kilsənin işıqlı binasının hər kəsin gözü önündə dağıldığı görünür.
Tələfat barədə məlumat yoxdur.