AZ

Maliyyə naziri Əlcəzairin ölkəmizdəki səfiri ilə görüşüb

Sentyabrın 30-da maliyyə naziri Sahil Babayev Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Zakia İğhilini qəbul edib.

Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, tanışlıq xarakteri daşıyan görüşdə Azərbaycan ilə Əlcəzair arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub, əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivləri müzakirə edilib.

Nazir Sahil Babayev enerji sahəsində əməkdaşlığın genişləndirilməsinin, qarşılıqlı investisiya təşəbbüslərinin dəstəklənməsinin, eləcə də ticarət əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Mövcud investisiya göstəricilərinin hələlik aşağı olmasına baxmayaraq, qeyri-neft və qaz sektorunda əməkdaşlıq üçün böyük potensialın olduğu, logistika və turizm imkanlarının, hava nəqliyyatı əlaqələrinin, həmçinin bərpa və tikinti layihələrinin nəzərdən keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Zakia İğhili fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşün sonunda maliyyə naziri səfirə Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Seçilən
12
6
teleqraf.com

7Mənbələr