AZ

"Turnir cədvəli bizi aldatmamalıdır" - "Şirvan"ın baş məşqçisi

İkinci Liqa təmsilçisi "Şirvan" son turda növbəti qələbə sevincini yaşayıb. Bölgə təmsilçisi 4-cü tur çərçivəsində səfərdə "Kür-Araz"ı 3:1 yenib. Çempionata uğurlu start verən bölgə təmsilçisi hazırda 9 xalla 2-4-cü yerləri bölüşdürür.

Komandanın baş məşqçisi Pərviz Bayramov Fanat.Az-a açıqlamasında son görüşlə bağlı fikirlərini bölüşüb. 

Gənc mütəxəssis o cümlədən, növbəti oyunları ilə bağlı açıqlama verib: 

"Təcrübəli komandaya qarşı oynadıq. Oyun ağır oldu. Turnir cədvəli bizi aldatmamalıdır. Komandamız, bizim şəhər üçün bu oyunlar təcrübədir. Təmkinimizi qorumalıyıq, qələbələrdən başımız hərlənməməlidir. Sakit şəkildə, oyundan-oyuna artıraraq komanda kimi təkmilləşməliyik. 
"Kür-Araz"la oyunda da 2 oyunçumuzun xidmətindən yararlana bilmədik. İbrahim Aslanlı və Hüseyn Əliyev UEFA-nın C məşqçi kurslarında olduğundan bizə qoşula bilmədilər. Amma şükür olsun, növbəti 3 xalımızı qazandıq. Uşaqlar əzmkar oynadılar. Daha yaxşı olmağa çalışırıq. 
Növbəti oynumuz kubokdadır. Səfərdə "Ağstafa Gəncləri" ilə oynayacağıq. Çalışıb çempionatda oynamayan, yaxud təcrübə qıtlığı yaşayan oyunçularımıza şans verəcəm. Şükür, ciddi itkimiz yoxdur".

Qeyd edək ki, "Şirvan" 5-ci tur çərçivəsində "Araz Saatlı" ilə qarşılaşacaq. Görüş 13 okyabrda Şirvanda baş tutacaq. 

Mirağa

Seçilən
1
fanat.az

1Mənbələr