ain.az, GlobalInfo saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp Pentaqonda çıxışı zamanı beynəlxalq münaqişələrin həlli mövzusuna toxunaraq, Azərbaycan-Ermənistan qarşıdurmasını misal göstərib.
Globalinfo.az yerli KİV-ə istinadən xəbər verir ki, Tramp iki ölkə arasındakı münaqişənin həllində böyük rol oynadığını bəyan edib.
ABŞ lideri bildirib ki, uzun illərdir davam edən münaqişənin həllini mümkün saymayanlara baxmayaraq, o, hər iki ölkənin lideri ilə şəxsi danışıqlar apararaq nəticə əldə edib:
“36 il keçdi. Dedilər ki, bunu həll etmək mümkün deyil. Mən hər iki ölkənin liderlərinə zəng etdim. Azərbaycan lideri və o biri oğlan (Paşinyan) əla idilər. Onlarla danışmağa başlayan kimi bildim ki, biz bu müharibəni həll edəcəyik. İndi onlar xoşbəxtdirlər, indi dostdurlar”.
Tramp həmçinin Vaşinqtondakı görüşdən danışaraq qeyd edib ki, ilkin mərhələdə İlham Əliyev və Nikol Paşinyan bir-birindən uzaqda əyləşsələr də, danışıqların sonunda yaxınlaşıb qucaqlaşdıqlarını vurğulayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.