AZ

Goranboyda hərbi texnika daşıyan yük maşını YANDI

Goranboyda hərbi texnika daşıyan yük maşınında yanğın baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Qoşqulu yük maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir işıq dirəyinə çırpılıb. Qəza nəticəsində yük maşınında yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib, yanğın qısa zamanda söndürülüb.

Bizim.Media

Seçilən
16
7
bizim.media

8Mənbələr