AZ

Gəncliyə Yardım Fondunda Milli Mətbuatın 150 illiyi münasibətilə görüş keçirilib

Gəncliyə Yardım Fondunda Azərbaycan Milli Mətbuatının 150 illik yubiliyeyi çərçivəsində media nümayəndələri ilə görüş keçirilib.

Turkustan.az xəbər verir ki, Türkiyə Səfirliyinin mətbaut müşaviri Dr.Alptekin Cihangir İşbilir Türkiyə-Azərbaycan Media Platformasının inkişafı və proseslərdə daha çox yer almasının əhəmiyyətinə diqqət çəkib.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Fondun yaranma tarixi, həyata keçirdiyi ‎humanitar yardım, sosial və təhsil fəaliyyətləri, həmçinin iki qardaş ölkə ‎arasındakı münasibətlərin daha da möhkəmləndirilməsinə ‎xidmət edən layihələr haqqında danışıb.

Ahmet Tecim bildirib ki, milli mətbuatımızın tarixində xeyriyyəçilik ənənəsini Anadoludakı qurtuluş mübarizəsinə dəstək məqsədilə 1917-ci ildə Bakıda nəşr edilən “Qardaş Köməyi” dərgisinin timsalında görmək mümkündür.

Daha sonra media nümayəndələri ilə müzakirələr aparılıb.

Qeyd edək ki, sonda media nümayəndələrinə Azərbaycan-Türkiyə mətbuat tarixində vacib yer tutan “Qardaş Köməyi” dərgisi təqdim edilib.

Seçilən
18
14
turkustan.az

10Mənbələr