AZ

Türkiyəli nazir: ABŞ təbii qazı Rusiyadan daha ucuz satır

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar ABŞ-dan alınan təbii qazın bahalı olması ilə bağlı iddialara cavab verib.

News365.az  xəbər verir ki, nazir dünyada ən ucuz təbii qazın ABŞ bazarında olduğunu vurğulayaraq bildirib ki, bu qiymət Rusiyanın təklif etdiyindən də aşağıdır.

Onun sözlərinə görə, Avropada əsas qiymət mərkəzi Hollandiya bazarıdır. Yaponiya–Koreya və Böyük Britaniya bazarlarında isə tariflər daha yüksəkdir.

Bayraktar qeyd edib ki, Türkiyə 2016-cı ildən bəri qaz idxalının bir hissəsini ABŞ-dan LNG şəklində həyata keçirir. Hazırda ölkədə istehlak olunan qazın təxminən 10 faizi ABŞ-dan spot müqavilələrlə gətirilən LNG-dir. Nazir bildirib ki, hasilat, nəql, mayeləşdirmə və daşınma da daxil olmaqla bütün xərclər nəzərə alındıqda, ABŞ LNG-si ən rəqabətqabiliyyətli mənbələrdən biri hesab olunur. “ABŞ qazı bahadır” iddiaları isə, onun fikrincə, bazar mexanizmlərini bilməmək və ya ictimaiyyəti yanıltmaq məqsədi daşıyır.

Seçilən
15
8
news365.az

10Mənbələr