AZ

ABŞ dan İsrailə dəstək şoku: Sorğunun nəticələri heyrətə gətirdi

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

ABŞ-da keçirilən yeni sorğu İsrailə ictimai dəstəyin son illərin ən aşağı səviyyəsinə düşdüyünü göstərib.

Globalinfo.az xəbər verir ki, “The New York Times” və Siena Universitetinin 22–29 sentyabr tarixlərində apardığı sorğuda 1313 qeydiyyatdan keçmiş seçici iştirak edib.

Sorğunun nəticələrinə görə, respondentlərin 51 faizi İsrailə əlavə iqtisadi və hərbi yardım göndərilməsinin əleyhinə çıxıb. İsrailə dəstək 34 faiz, fələstinlilərə dəstək isə 35 faiz təşkil edib. Müqayisə üçün, 2023-cü ildə bu göstəricilər müvafiq olaraq 47 və 20 faiz idi.

Yaş qrupları arasında fərqlər də diqqət çəkib. 30 yaşdan aşağı respondentlərin 68 faizi İsrailə əlavə yardımın verilməsinə qarşı çıxıb.

Bundan başqa iştirakçıların 58 faizi mülki itkilərin qarşısını almaq üçün bütün girovlar azad edilməsə belə, İsrailin Qəzzadakı hərbi əməliyyatlarını dayandırmalı olduğunu bildirib. Respondentlərin 40 faizi isə İsrailin dinc sakinləri qəsdən hədəf aldığını düşünür.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
globalinfo.az

1Mənbələr