AZ

Kvassın faydaları və zərərləri – Endokrinoloq izah edir

Bud Zdorov klinikasının endokrinoloqu Kristina Maksimovna Şiryayeva yay mövsümünün ən məşhur içkilərindən biri olan kvass barədə danışıb. 

E-saglam.az xəbər verir ki, endokrinoloq onun faydaları, orqanizmə təsiri və əks göstərişləri haqqında ətraflı məlumat verib.

Kvassın faydaları:

Sərinləşdirici təsir göstərir və susuzluğu yaxşı yatırır.

Mədə-bağırsaq fəaliyyətini tənzimləyir, həzmi asanlaşdırır və iştahanı artırır.

Orqanizmi B qrupu vitaminləri, həmçinin C və E vitaminləri ilə təmin edir.

Kalium, maqnezium, dəmir, yod və sink kimi minerallarla zəngindir.

İmmuniteti gücləndirir, orqanizmdəki su-duz balansını qoruyur.

Aşağı kalorili, lakin enerji ilə zəngin olduğuna görə pəhrizdə də istifadə oluna bilər.

Yayda orqanizmi təravətləndirir və mikrofloranın balansını qoruyur.

Xəmir mayasız, təbii üsulla hazırlanan kvass isə həm böyüklər, həm də uşaqlar üçün daha təhlükəsiz hesab olunur.

Kimlərə olmaz?

Kvassın tərkibində az miqdarda spirt olduğuna görə:

hamilə qadınlara (xüsusilə çox miqdarda),

südverən analara,

kiçik yaşlı uşaqlara,

qaraciyər sirrozu, qastrit, hipertoniya və şəkərli diabeti olanlara,

allergiyası və ya məhsula qarşı həssaslığı olanlara içmək tövsiyə olunmur.

Kilo vermək istəyənlər üçün gündəlik qəbul miqdarı 200 ml-dən artıq olmamalıdır.

Necə seçmək və içmək lazımdır?

Mağazalarda satılan bəzi kvasslar əslində süni içkilərdir, tərkibində rəngləndirici və dadvericilər ola bilər. Ona görə də etiketə diqqətlə baxmaq vacibdir: yalnız təbii fermentləşmə yolu ilə hazırlanmış kvass faydalıdır.

İdeal qəbul miqdarı: gündə 1–2 stəkan (200–400 ml).

İçki çox soyuq içilməməlidir – diş minasına və orqanizmə ziyan vura bilər.

Uşaqlara 7–9 yaşdan etibarən az miqdarda (50 ml-dən başlayaraq) verilə bilər, amma həmişə fərdi reaksiya izlənməlidir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
6
e-saglam.az

1Mənbələr