Çexiya hökuməti rəsmi akkreditasiyası olmayan Rusiya diplomatlarının və xidməti pasport sahiblərinin ölkəyə girişini qadağan edib.
Hakimiyyet.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski özünün X səhifəsində məlumat yayıb.
"Bu gün hökumət Rusiya diplomatlarının və Çexiya tərəfindən milli akkreditasiyası olmayan xidməti pasport sahiblərinin ölkəyə girişini qadağan etdi. Bu tədbir beynəlxalq hava limanlarında tətbiq olunur", - Lipavski bildirib.