AZ

Mən ona heyranam Zaxarova

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova anası, Rusiyanın əməkdar artisti İrina Zaxarovanın yaradıcılığından danışıb.

Globalinfo.az xəbər verir ki, diplomat “RİA Novosti”yə açıqlamasında bütün əsərlər arasında ən çox 2011-ci ildə hazırlanmış “Həyat ağacı” panelinə heyran olduğunu bildirib.

“Bu əsərdə toxuculuq, iplik və müxtəlif materiallardan istifadə olunub. Mənim üçün xüsusi dəyəri var. Bir sözlə, mən ona heyranam”, – Zaxarova deyib.

O əlavə edib ki, hazırda Milli İncəsənət və Fotoqrafiya Muzeyində nümayiş etdirilən eksponatların böyük hissəsi anasının daçasından gətirilib.

Diplomat vurğulayıb ki, İrina Zaxarova yaradıcılığında əldə olan hər şeydən istifadə etməyi bacarıb və bu yanaşma onun işlərinə unikal üslub qazandırıb.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
globalinfo.az

1Mənbələr