AZ

İkinci Liqa: “Xankəndi”dən növbəti QƏLƏBƏ

Futbol üzrə Azərbaycan II Liqasında IV tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, bu gün üç qarşılaşma baş tutub. "Xankəndi" "Şəki Siti"ni məğlub edərək liderliyə yüksəlib.

"Şəmkir" "Ağstafa Gəncləri"dən, "Şirvan" isə "Kür-Araz"dan üstün olub.

II Liqa, IV tur

30 sentyabr

"Xankəndi" - "Şəki Siti" 1:0

Qol: T.Qurbatov, 76

Qırmızı vərəqə: Ə.Hüseynov, 45+1 ("Xankəndi")

"Şəmkir" - "Ağstafa Gəncləri" 3:1

Qollar: N.Sarıyev, 16, İ.Əliyev, 25, F.Şirxanzadə, 53 - V.Aslanov, 32

"Kür-Araz" - "Şirvan" 1:3

Qollar: C.Qasımlı, 13 - E.Xəlilli, 4, 70, İ.Müseyibov, 26

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
4
bizim.media

1Mənbələr