AZ

Nizami rayonundakı 200 min manatlıq abadlaşma dayandı

Nizami Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi (MKTB) tərəfindən “abadlaşma, təmir-tikinti işlərinin satın alınması” ilə bağlı elan olunmuş tender ləğv edilib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmada iştirak üçün təklif verən və tələb olunan lisenziyaya malik təchizatçıların sayı üçdən az olduğu üçün (36.1.1-ci maddə) prosedur davam etdirilməyib. Bildirilir ki, yetərsay iştirakçı olmadığına görə satınalma keçirilməyib.

Abadlıq işlərinin satın alınması üzrə ehtimal olunan qiymət 200.162,75 manat təşkil edirdi.

Qeyd edək ki, Nizami Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi Nizami Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir. MKTB-nin rəisi Firdovsi Cəbrayılov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı isə Coşqun Cəbrayılovdur.

Seçilən
4
nocomment.az

1Mənbələr