AZ

Qərbi Azərbaycan Xronikası: Məhv edilən Baba mənşəli toponimlər

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Məhv edilən Baba mənşəli toponimlər" adlı süjet hazırlanıb.

BAKU.WS xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Baba bulaq, Babakişi, Babaxan toponimi, hidronimi və oronimi haqqında söz açılır.

Bildirilir ki, Çar Rusiyasının işğalları nəticəsində XIX əsrin 20-30-cu illərindən etibarən Cənubi Qafqaza yerləşdirilmiş ermənilər bir müddət sonra azərbaycanlılara qarşı qırğınlar törətməyə və onlara məxsus toponimləri məhv etməyə başlayıblar.

Vurğulanır ki, Qərbi Azərbaycan adlı məkanda insanlardan tutmuş təbiətə, toponimə qədər bütün dəyərlər qan yaddaşımıza öz adı ilə həkk olunub: "Hər bir kənddə xalqın tarixi, taleyi, itirilmiş ocaqlarla bağlı kövrək hisləri xüsusilə fərqlənir. Ona görə də inanırıq ki, Qərbi azərbaycanlıların pozulan növrağı yenidən qurulacaq, doğma yurdlar ata-baba oylağımıza çevriləcək".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında sentyabrın 30-da saat 20:40-da Baku TV-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
baku.ws

2Mənbələr