AZ

ABŞ a hücum xəbərdarlığı edildi: Artıq hazırlıq başlayıb

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cənubi Koreyanın birləşmə naziri Çunq Donq-yonq Şimali Koreyanın hərbi gücü barədə sərt xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Korea Times” məlumat yayıb. Qeyd olunur ki, nazir Almaniyaya rəsmi səfəri zamanı açıqlama verib.

Çunqun sözlərinə görə, Şimali Koreya ABŞ materikinə zərbə endirmək gücünə sahib olan üç ölkədən biridir və bu fakt göz ardına vurulmamalıdır.

Nazir qeyd edib ki, Pxenyan iqtisadi islahatlar və açıqlığa can atırsa, bunu yalnız Cənubi Koreya ilə əməkdaşlıq yolu ilə həyata keçirə bilər.

Çunq həmçinin Şimali Koreya lideri Kim Çen In və ABŞ Prezidenti Donald Tramp arasında yeni bir görüşün mümkünlüyünə toxunub. Onun sözlərinə görə, hər iki tərəf görüş istəklərini ifadə edib və Kimin son mesajları həm Vaşinqtona, həm də Seula ünvanlanıb.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
2
globalinfo.az

3Mənbələr