Slovakiya prezidenti Peter Pelleqrini konstitusiyada iki cins – kişi və qadın cinsi haqqında müddəanı təsbit edən düzəlişləri imzalayıb.
News365.az xəbər verir ki, bu barədə Slovakiya Radiosu məlumat yayıb.
Dəyişikliklər sentyabrın 26-da Milli Şura (Slovakiyanın birpalatalı parlamenti) üzvlərinin səs çoxluğu ilə qəbul edilib.
Dəyişikliklərə əsasən, ölkədə rəsmi olaraq yalnız kişi və qadın cinsləri tanınır.