AZ

Ənənəni qıran hadisə: Bu qadın ilk dəfə kral ailəsində bunu etdi

Niderlandın varis şahzadəsi Amaliya kral ailəsinin hərbi xidmətə başlayan ilk qadın üzvü olub.

KONKRET.az xəbər verir ki, şahzadə Amaliya krallığın silahlı qüvvələrinin ehtiyatçı hazırlıq proqramına qəbul edilib. O, təlimi Niderland Kral Donanmasında keçir və artıq üçüncü sinif matros və üçüncü sinif əsgər rütbələri alıb.

Lakin gənc şahzadənin praktiki hazırlığı müvəqqəti olaraq təxirə salınıb. Buna səbəb onun atdan yıxılaraq qolunu sındırmasıdır. Hazırda şahzadə yalnız nəzəri dərslərdə iştirak edir.

Seçilən
9
1
konkret.az

2Mənbələr