AZ

“Arsenal” Sakaya yeni müqavilə təklif edir

“Arsenal” müdafiəçisi Vilyam Salibanın müqaviləsini uzatdığını açıqlayıb. İndi isə növbə hücumçu Bukayo Sakadadır.

90deqiqe.Az-ın "Transfer News Live"yə istinadən məlumatına görə, “Arsenal” ingilis futbolçu üçün həftəlik 250 min funt (təxminən 286 min avro) məvacib təklif etməyə hazırdır. Klub hesab edir ki, bu məbləğ futbolçunu müqaviləni uzatmağa həvəsləndirəcək. Hazırda mətbuatın məlumatına görə, Saka həftəlik təxminən 195 min funt qazanır.

Qeyd edək ki, ingilis futbolçunun mövcud müqaviləsi 2026/2027 mövsümünün sonunadək qüvvədədir. Bukayo Saka “Arsenal”ın əsas komandasında 268 oyuna çıxıb, 71 qol vurub və 71 məhsuldar ötürmə edib.

Seçilən
69
90deqiqe.az

1Mənbələr