AZ

Məşhur türk komediya ustası həbs edildi — SƏBƏB

Komediya ustası Egemen Şimşək tamaşa zamanı verdiyi ifadələrə görə polis tərəfindən saxlanılıb. 

KONKRET.az xəbər verir ki, o, “ictimaiyyətin bir hissəsi tərəfindən qorunan dini dəyərləri təhqir etmək” ittihamı ilə həbs edilib.

Belə ki, komediya ustası Egemen Şimşekin verilişlərinin birində işlətdiyi ifadələr sosial mediada tənqidlərə səbəb olub. İnternetdə videodan yayılan hissə İstanbul Polis İdarəsi Təhlükəsizlik Şöbəsi qruplarını hərəkətə keçirməyə sövq edib.

Polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilən Şimşək “ictimaiyyətin bir hissəsinin mənimsədiyi dini dəyərləri təhqir etmək” ittihamı ilə həbs edilib.

Dəniz Pənahova 

KONKRET.az 

Seçilən
22
1
konkret.az

2Mənbələr