İsrailin aviazərbələri nəticəsində həlak olan 59 fələstinlinin cəsədi Qəzza zolağının paytaxtında və digər məskunlaşan ərazilərdə tapılıb.
Axar.az xəbər verir ki, bu barədə “Əl-Mayadeen” telekanalı məlumat yayıb.
Bildirilib ki, xilasedicilər dağılmış binaların dağıntılarını təmizləməyə davam edir. Ölənlərin sayı arta bilər, onlarla yaralı sakin xəstəxanalara çatdırılıb.
Qeyd edilir ki, sentyabrın 29-da Qəzza zolağında 42 nəfər ölüb, 190 nəfər yaralanıb. 2023-cü il oktyabrın 7-də Qəzzada hərbi əməliyyatların başlanmasından bəri həlak olan fələstinlilərin ümumi sayı 66 min 97 nəfərə çatıb, 168 mindən çox yaralı var.