GlobalInfo saytına istinadən ain.az xəbər verir.
ABŞ-ın onlarla hərbi qırıcı təyyarəsi çoxlu sayda yanacaqdaşıyan təyyarə ilə birlikdə Qətərdəki Əl-Udeyd aviabazasına gətirilib.
Globalinfo.az xəbər verir ki, bu barədı “Colonelcassad” teleqram kanalı məlumat yayıb. Qeyd olunub ki, bu baza ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi hava məntəqəsi hesab olunur.
Kanalın məlumatına görə, ABŞ mümkün hücumlara hazırlıq məqsədilə Yaxın Şərqə yanacaq daşıyan tanker təyyarələri yerləşdirib.
İddiaya görə, hücum təhlükəsi İranın yeraltı nüvə obyektləri (xüsusilə Fordov və İsfahan) və ya Husi üsyançılarının dağlardakı dron və hipersəs raketləri yığdığı bazaları istiqamətində yönələ bilər.
Həmçinin xatırladılır ki, Pentaqon əvvəllər podratçılara raket istehsalını qısa müddətdə ən azı iki dəfə artırmaq çağırışı etmişdi.
Tahir Turan
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.