AZ

Limon və sirkədən 10 dəfə daha təsirli çıxdı - İltihabı azaldır, təzyiqi tənzimləyir

Limon və sirkə çox vaxt təbii şəfa vasitəsi kimi istifadə olunur...

Amma son araşdırmalar göstərib ki, sarımsaq həm iltihabla mübarizədə, həm də qan təzyiqini tənzimləməkdə bu iki məhsulu kölgədə qoyur. Üstəlik bu təsiri, sadəcə sarımsaq qabığından hazırlanan çay içməklə əldə etmək mümkündür.

Sarımsaq (Allium sativum) qədim dövrlərdən həm yeməklərdə, həm də təbii müalicə üsullarında istifadə olunur. Onun tərkibindəki allicin adlı maddə həm xüsusi qoxusunu verir, həm də bir çox müalicəvi xüsusiyyətlərə malikdir.

Sarımsaq antibakterial və antiviral təsiri ilə immun sistemini dəstəkləyir. Araşdırmalara görə, sarımsaq ekstraktı bədəndə ağ qan hüceyrələrinin sayını artıraraq iltihabı azaldır. Bu xüsusilə soyuqdəymə və qripə qarşı qoruyucu təsir göstərə bilər.

Sarımsağın ən mühüm təsirlərindən biri də qan təzyiqi ilə bağlıdır. Elmi araşdırmalarda sarımsağın həm sistolik, həm də diastolik təzyiqi əhəmiyyətli dərəcədə azaltdığı müşahidə olunub.

Allicin maddəsi damarların genişlənməsini təmin edərək qan dövranını yaxşılaşdırır.
Kardioloqlar sarımsağı ürək-damar sağlamlığı üçün faydalı hesab edir, lakin bu, təzyiq dərmanlarının yerini tutmur - sadəcə dəstəkləyici vasitə ola bilər.

Xolesterolu və şəkəri tənzimləyir

Sarımsaq:

LDL ("pis") xolesterolu azaldır,

Qanda şəkərin səviyyəsini və HbA1c göstəricisini aşağı sala bilir.

Bu təsirlər sarımsağın insulina qarşı həssaslığı artırması ilə əlaqələndirilir.

Araşdırmalar göstərir ki, sarımsaq menopozdan sonrakı qadınlarda sümük itkisini azalda bilər.

Bundan əlavə, qaraciyəri zərərli maddələrdən qorumaqda da rol oynayır - məsələn, qurğuşun zəhərlənməsi zamanı qandakı qurğuşun miqdarını 19%-ə qədər azalda bildiyi müşahidə edilib.

Hüceyrələrin qocalmasını ləngidən antioksidantlar ehtiva edir.

Mədə, yoğun bağırsaq və prostat xərçənginə qarşı qoruyucu təsir göstərə bilər.

Allicin maddəsi sayəsində iltihabı azaldır, xüsusən oynaq xəstəliklərində (artrit və s.) simptomları yüngülləşdirə bilər.

Sarımsaq qabığı çayının hazırlanması

3-4 diş sarımsağın qabığı

2 stəkan su

Bal və ya limon (istəyə görə)

Hazırlanması:

Sarımsaq qabıqlarını yaxşıca yuyun.

2 stəkan suyu qaynadın.

Qabığı əlavə edib 5-10 dəqiqə zəif odda dəmləyin.

Süzüb fincana tökün, istəyə görə bal və ya limon əlavə edin.

Bu çay həm damarları rahatladır, həm də immuniteti gücləndirir.

Gündə 2-4 diş sarımsaq kifayətdir.

Həddindən artıq istifadə mədə narahatlığı və ağız qoxusuna səbəb ola bilər.

Qan durulaşdırıcı dərman istifadə edənlər həkimlə məsləhətləşməlidir.

Poliqon.info

Seçilən
10
2
poliqon.info

3Mənbələr