AZ

Qətərdən İsraillə ABŞ ın Qəzza sənədinə: Əsl məqsəd...

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi Qəzza planı müharibəni dayandırmaq potensialına malikdir.

Axar.az xəbər verir ki, bunu Qətərin baş naziri və XİN rəhbəri Məhəmməd bin Əbdülrəhman əs-Sani bildirib.

Onun sözlərinə görə, sənədin əsas məqsədi atəşkəsdir, lakin bəzi detallar – xüsusilə İsrail qoşunlarının çıxarılması məsələsi əlavə danışıqlar tələb edir.

Sani bildirib ki, tərəflər plana konstruktiv yanaşaraq müharibəyə son qoymaq fürsətindən istifadə edəcəklər.

Qeyd edək ki, daha öncə ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu Ağ Evdə mətbuat konfransı keçirərək Qəzza zolağında müharibəyə son qoymaq planını elan ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
axar.az

2Mənbələr