AZ

20 yaşdan sonra bunu mütləq edin

Hər səkkiz qadından biri həyatı boyu döş xərçənginə tutulur. Erkən diaqnoz müalicə kursunu təyin edir.

KONKRET.az xəbər verir ki, tibb və texnologiyanın sürətli inkişafı sayəsində həyatları xilas etmək mümkündür.

Dünya miqyasında elm adamlarının ən intensiv araşdırmalar apardığı və yeni müalicə üsulları hazırladığı sahələrdən biri olan süd vəzi xərçəngi indi erkən diaqnoz qoyulduqda tamamilə müalicə oluna bilir.

Ancaq erkən diaqnoz üçün qadınların ayda bir dəfə 10 dəqiqə özlərini müayinə etmələri və hər hansı şübhəli əlamətlər aşkar etdikdə dərhal həkimə müraciət etmələri çox vacibdir.

Ümumi Cərrahiyyə Mütəxəssisi Prof. Dr. Cihan Uras, “20 yaşından başlayaraq ayda bir dəfə güzgü qarşısında özünüzü süd vəzi müayinəsi edin. 40 yaşından başlayaraq həkimin tövsiyə etdiyi fasilələrlə mütəmadi olaraq klinik müayinə, mamoqramma və ultrasəs müayinəsi hər qadının həyat qurtaran vərdişidir”, – deyib.

Dr. Urasın oktyabr – Süd vəzi Xərçənginə Qarşı Mübarizə Ayı çərçivəsində verdiyi açıqlamada süd vəzi xərçənginin ilkin əlamətlərini və müalicəsində ən müasir üsulları açıqlayıb, əhəmiyyətli xəbərdarlıq və tövsiyələr verib.

Onun sözlərinə görə, döşün hər hansı bir yerində və ya qoltuqaltı yaxınlığında hiss olunan möhkəm, adətən ağrısız bir şiş döş xərçənginin ən çox görülən ilk əlamətidir. Hər şiş xərçəng deyil, lakin hər bir şişə ciddi yanaşmaq lazımdır.

Dəniz Pənahova 

KONKRET.az 

Seçilən
10
1
konkret.az

2Mənbələr