AZ

Millimizin "Şamaxı"lı futbolçusu Almaniyada əməliyyat olundu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Edqar Adilxanov bu gün Almaniyanın Münhen şəhərində əməliyyat olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə yığmamızın mətbuat xidməti məlumat yayıb.

20 yaşlı yarımmüdafiəçi “Viszera Munich” klinikasında professor, doktor Riçard Merkle tərəfindən ikitərəfli qasıq yırtığı səbəbindən uğurlu əməliyyat keçirib.

Bildirilir ki, futbolçunun əməliyyat və müalicə xərcləri AFFA tərəfindən qarşılanıb.

Edqar Adilxanov həmçinin "Şamaxı"nın heyətində çıxış edir.

Seçilən
40
11
sportinfo.az

10Mənbələr