AZ

ABŞ ordusunda uzun SAÇ, SAQQAL və BIĞ qadağan edildi


Pentaqonun rəhbəri Pit Heqset ordunun görünüşü və fiziki standartları ilə bağlı əmrlər imzalayıb.

Musavat.com nazirlik tərəfindən açıqlanan sənədlərə əsasən xəbər verir ki, hərbçilərin üzü qulaqlarından aşağı təraşlı olmalıdır.

Standart bığ səliqəli şəkildə kəsilməlidir və ağızın künclərindən və ya qaz maskasından kənara çıxmamalıdır.

Bədən quruluşu həddi aşan hərbi qulluqçular müalicə proqramlarına göndəriləcəklər. İrəliləyişin olmaması inzibati tədbirlərlə, o cümlədən işdən çıxarılma ilə nəticələnəcək.

Bu gün generallarla görüşdə Heqset ABŞ Silahlı Qüvvələrində "siyasi korrektlik erası"nın bitdiyini açıqlayıb. Onun sözlərinə görə, Amerika Ordusu ciddi hərbi standartlara qayıdır və artıq “saqqal və uzun saç olmayacaq”: "Saqqal istəyirsənsə, Xüsusi Təyinatlılara qoşula bilərsən, yoxsa, qırxdır. Biz burada Skandinaviya bütpərəstlərinin ordusu deyilik".

O, amerikalı hərbçilərin fiziki hazırlıq standartlarının son illərdə nəzərəçarpacaq dərəcədə aşağı düşdüyünü və təkmilləşdirilməsinə ehtiyac olduğunu qeyd edib. Onun sözlərinə görə, kök hərbçinin ABŞ ordusunda, kök generalın Pentaqonda olması ayıbdır.


Seçilən
5
1
nuh.az

2Mənbələr