AZ

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

Mia.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Konqo Demokratik Respublikasının keçmiş prezidenti Cozef Kabila ölüm cəzasına məhkum olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin Ali Hərbi Məhkəməsi hökm çıxarıb.

Hökmə əsasən, ölüm hökmü ilə yanaşı, sabiq prezidentin bütün əmlakına və bank hesablarına "əl qoyulub".

Hökmdə keçmiş prezidenti Cozef Kabila ölkənin şərqində kök salmış üsyançı qrupları dəstəkləməklə ölkəsinə xəyanətdə təqsirli bilinib.

Xəbərdə deyilir ki, sabiq prezident haqqında çıxaırlan bu qiyabi hökmü qəbul etmədiyini və ölkənin qanuni iqtidarını devirəcəklərini bəyan edib.

Xatırladaq ki, Cozef Kabila 2001-ci ildə atası Laurent-Desire Kabilanın öldürülməsindən sonra 29 yaşında prezident olub. Kabila 2016-cı ildə ikinci səlahiyyət müddəti başa çatdıqdan sonra iqtidarı təhvil verməkdən imtina edib. Lakin 2018-də o, iqtidarı hazırkı prezident Feliks Tşisekediyə təhvil verib. Kabila 2023-cü ildə Cənubi Afrikada məskunlaşıb. Lakin o, son bir ildə tez-tez üsyançıların qərargahında görünməyə başlayıb.

 

Tahir Şəlvəli

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
mia.az

1Mənbələr