Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Niderlandın vəliəhd şahzadəsi Amaliya kral ailəsindən ölkənin silahlı qüvvələrinə qoşulan ilk qadın olub.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “NOS” televiziyası məlumat yayıb.
Bildirilir ki, vəliəhd şahzadə Kral Dəniz Qüvvələri, Ordu və Hərbi Hava Qüvvələri kurslarına daxil olub. Ona üçüncü dərəcəli dənizçi və üçüncü dərəcəli əsgər rütbələri verilib.
Standart təlim proqramına bir neçə həftəlik sahə təlimi və nəzəri dərslər daxildir.
Şahzadə hazırda ballistika, taktika və kartoqrafiya üzrə təhsil alır və Müdafiə Nazirliyinin işində “frilanser” kimi iştirak etməyi planlaşdırır. O, atdan yıxılaraq qolunu qırdığı üçün məşqinin praktik hissəsini təxirə salmalı olub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.