AZ

Polşada daha bir qəzaya uğrayan PUA tapıldı

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Polşada vurulan daha bir pilotsuz təyyarə aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda RMF FM radiostansiyası məlumat yayıb.

Pilotsuz təyyarə ölkənin şimalında qarğıdalı tarlasında tapılıb. Onu tarlada işləyən kombaynçı aşkar edib.

Polşa Hərbi Jandarma İdarəsi də PUA-nın tapılması barədə məlumat verib. Agentlik özünün “X” sosial media səhifəsində qeyd edib ki, prokurorluqla birgə pilotsuz uçan aparatın qəzaya uğradığı yerdə əməliyyat tədbirləri həyata keçirir.

Qeyd edək ki, sentyabrın 10-na keçən gecə Polşada bir neçə pilotsuz təyyarə qəzaya uğrayıb. Polşanın Baş naziri Donald Tusk vəziyyəti görünməmiş hadisə adlandırıb və Rusiyanı təxribatda ittiham edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
1
qafqazinfo.az

2Mənbələr