AZ

Husilər Niderland bayrağı altında üzən gəmiyə hücuma görə məsuliyyəti öz üzərinə götürdü

BAKI, 01 oktyabr. TELEQRAF

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatı (husilər) Niderland bayrağı altında üzən “Minervagracht” adlı yük gəmisinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Teleqraf xəbər verir ki, bu barədə hərəkatın bəyanatında deyilir.

Husilərin hərbi nümayəndəsi bəyan edib ki, bazar ertəsi baş tutan hücum qanadlı raketlərlə həyata keçirilib.

“Əməliyyat nəticəsində gəmi birbaşa zərbə alıb, alışıb və indi batmaq təhlükəsi ilə üz-üzədir”, - üsyançılar iddia ediblər.

Husilər bu əməliyyatı "sionist düşmənin Qəzza zolağında xalqımıza qarşı törətdiyi soyqırımı və aclıq cinayətlərinə cavab” adlandırıb.

Birgə Dəniz Məlumat Mərkəzi isə "Minervagracht" gəmisinin İsraillə heç bir əlaqəsinin olmadığını bəyan edib.

Seçilən
71
teleqraf.com

1Mənbələr