AZ

Husilər "Minervagracht" gəmisinə hücuma görə məsuliyyəti üzərlərinə götürüb

Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) "Minervagracht" gəmisinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

APA "Al Masirah" telekanalına istinadən xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yahya Sariya məlumat yayıb.

Məlumata görə, gəmi qanadlı raketlə hədəf alınıb və birbaşa zərbə nəticəsində gəmidə yanğın başlayıb.

“İndi gəmi batmaq təhlükəsi ilə üz-üzədir”, – Sariya qeyd edib.

Seçilən
78
1
apa.az

2Mənbələr