AZ

Senator: ABŞ-də şatdaun həftələrlə davam edə bilər

BAKI, 01 oktyabr. TELEQRAF

ABŞ federal hökumətinin işinin qismən dayandırılması (şatdaun) həftələrlə davam edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasından olan senator (Texas ştatı) Ted Kruz bəyan edib.

“Şatdaun bir neçə gün də davam edə bilər, bir neçə həftə də”, - o bildirib.

Kruzun fikrincə, ABŞ-də şatdaun Demokratlar Partiyasının günahı ucbatından baş verəcək.

“Demokratlar bununla demək istəyirlər: “Biz Donald Trampa nifrət edirik, biz Donald Trampa o qədər nifrət edirik ki, hökumətin işini dayandıracağıq", - senator hesab edir.

Seçilən
16
teleqraf.com

1Mənbələr