AZ

Filippində güclü zəlzələ: 60 nəfər həlak olub

Sentyabrın 30-da baş verən yeraltı təkanlar ölkənin bir neçə bölgəsində dağıntılara səbəb olub...

Poliqon xəbər verir ki, Filippinin Sebu əyalətində 6,9 maqnitudalı güclü zəlzələ nəticəsində azı 60 nəfər həyatını itirib. Rəsmilər bildirirlər ki, xəsarət alanlarla bağlı məlumatlar artmaqda davam edir. Zəlzələ sentyabrın 30-da yerli vaxtla saat 21:59-da (Bakı vaxtı ilə 16:59) Bogo şəhərindən 20 kilometr şimal-şərqdə qeydə alınıb və xüsusilə Visayas adalarında, həmçinin Luson və Mindanao bölgələrinin bəzi hissələrində hiss olunub.

Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun (Phivolcs) məlumatına görə, təkanlar Bogo, Danbantayan, Medellin, San-Remihio və Tabuelan şəhərlərində yeddi ballıq güclə hiss olunub. Zəlzələnin ardınca, xüsusilə Bogo ətrafında yüzlərlə afterşok qeydə alınıb.

ABS-CBN News telekanalı bildirib ki, bu zəlzələ 400 ildən bəri ciddi təkan yaratmayan tektonik qırılma xətti üzərində baş verib. Phivolcs-un Seysmologiya şöbəsinin rəhbəri Vinçel Sevilya qeyd edib ki, mütəxəssislər daha ətraflı araşdırma aparmaq üçün zəlzələnin episentrinə göndəriliblər.

Həlak olanların cəsədləri Bogo şəhər xəstəxanasına gətirilib. Rəsmilərin məlumatına görə, San-Remihio bələdiyyəsində idman-sağlamlıq kompleksi uçub və bir neçə nəfər dağıntılar altında qalıb. Hadisə yerində xilasetmə işləri davam etdirilir.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr