AZ

Stubb: Trampın Rusiya siyasəti "şirin qoğaldan" "çubuğa" keçib...

Finlandiya prezidenti ABŞ-ın Ukrayna məsələsində Moskvanı daha sərt təzyiqlə sıxışdırdığını bildirib...

Poliqon xəbər verir ki, Finlandiya prezidenti Aleksandr Stubb ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı yanaşmasının dəyişdiyini açıqlayıb. Onun sözlərinə görə, Vaşinqton artıq “pryanik” siyasətindən imtina edərək Rusiyaya qarşı “çubuq” siyasətinə keçib. Stubb bu barədə Politico nəşrinə verdiyi müsahibəsində danışıb.

ABŞ-nin atdığı addımlar Rusiyaya təzyiqlərin artırılması niyyətini açıq şəkildə göstərir. İndi sual yalnız ‘çubuğun’ nə qədər böyük olacağıdır”, deyə Finlandiya prezidenti vurğulayıb.

O, həmçinin Ukraynanın Avropa İttifaqına üzv olmasının strateji əhəmiyyətini qeyd edib və dondurulmuş Rusiya aktivlərinin Kiyevə kreditlərin verilməsi üçün istifadəsi ideyasını dəstəklədiyini bildirib.

Müşahidəçilərin fikrincə, Stubb-un açıqlamaları Qərbin Ukrayna ilə bağlı siyasətində sərtləşmənin və ABŞ-ın Rusiyaya qarşı daha konkret addımlar atmağa hazır olduğunun göstəricisi kimi qiymətləndirilir.

Poliqon.info

Seçilən
1
poliqon.info

1Mənbələr