AZ

ABŞ-də hökumətin işinin dayanması bir neçə həftə uzana bilər

Senator Ted Kruz Demokratları ittiham edərək uzunmüddətli şatdaun xəbərdarlığı edib...

Poliqon xəbər verir ki, ABŞ Senatının Texas ştatından olan respublikaçı üzvü Ted Kruz federal hökumətin fəaliyyətində gözlənilən qismən dayanmanın şatdaunun bir neçə həftə davam edə biləcəyini bəyan edib. O, bu fikrini Fox News telekanalına verdiyi müsahibədə səsləndirib.

Kruzun sözlərinə görə, yaranacaq böhranın məsuliyyəti Demokratların üzərinə düşür. “Onlar sadəcə demək istəyirlər: Biz Donald Trampı sevmirik, ona o qədər nifrət edirik ki, hökumətin işini dayandırmağa hazırıq”, deyə senator bildirib.

Xatırladaq ki, oktyabrın 1-də Senat Demokratlar tərəfindən irəli sürülən hökumətin müvəqqəti maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini rədd edib. Sənədin lehinə 55 senator, əleyhinə isə 45 nəfər səs verib.

Razılaşma əldə olunmasa, həftənin ortalarından etibarən federal hökumət bütün fəaliyyətini dayandırmalı olacaq. Yalnız sərhəd xidməti, poçt və sosial təminat kimi həyati əhəmiyyətli qurumlar fəaliyyətini davam etdirəcək. Lakin dövlət qulluqçuları, o cümlədən hərbçilər əməkhaqqısız qalacaqlar.

Müşahidəçilərin fikrincə, tərəflər arasında kompromisin tapılmaması ABŞ-da siyasi qarşıdurmanı daha da dərinləşdirə və iqtisadi proseslərə mənfi təsir göstərə bilər.

Poliqon.info

Seçilən
1
poliqon.info

1Mənbələr